"Mən onu məhkəməyə verərəm..." - Baba sərt danışdı - VİDEO - FOTO

25 Noyabr 2016 17:05

"ARB Ulduz"da yayımlanan "Şou məkan" verilişinin qonağı olan bəstəkar Baba Qədirli maraqlı açıqlamalar verib: "Asif mənimlə əlaqə saxladı və dedi ki, bir məsələ var, onunla bağlı görüşməliyik. Görüşdük. Mahnının fars versiyasını göstərdi, dedi, buna söz yazılmalıdır. Mayın birində əlaqə saxladı və bir gün sonra mən mahnını təhvil verdim. Çox bəyəndi. Təəccübləndi. Söylədi ki, sən elə bil, bu mahnını mənim üçün yazıb saxlamışdın ki, nə vaxtsa verəsən. Mən bu mahnını yazdıqdan sonra özümü alqışladım. Ünvanlı şəkildə yazılıb. Asif mənə dedi ki, mahnıda bəzi sözlər, məsələn, "şərab", "içmək" sözləri olsun. Mən beynimdə ssenarini qurdum. Asif dediyi məqamları da əlavə etdim. Mahnıdan sonra mənim həyatımla bağlı bəzi şeylər düzəldi". 

Milli.Az xəbər verir ki, Asif Məhərrəmov bu mahnının bəyəniləcəyinə, hitə çevriləcəyinə ümidli olmadığını söyləsə də, bəstəkar belə düşünmürmüş:  "Fikirləşirdim ki, mahnıya bir milyon, iki milyon insan qulaq asar. Bu da böyük nəticə olardı. Mahnı yükləndikdən sonra bir həftəyə yeddi yüz min baxış oldu. Hansı ki, belə bir göstəricini ancaq Röya Ayxan göstərə bilir. Səkikizinci gün mahnı müəmmalı şəkildə silindi. Sonra Fərid Ağanın kanalına atıldı. İndi baxış dörd milyondan çoxdur. Silinmiş nəticəni də üzərinə əlavə edəndə, beş milyona yaxın edir". 

Ədalət ŞükürovNura Surinin onun mahnısını oxumasına baxmayaraq Baba Qədirli Asifə qulaq asdığını bildirir: "Mənim şəxsi fikrimə qalanda, mən Asifə qulaq asmağı üstün tuturam. Ədalət Şükürovun səsinin öz heyranları var. Elə insan var ki, o, Ədalət Şükürovun səsini bəyənir. İstəyir ki, bütün mahnıları onun səsi ilə eşitsin. Deməzdim pisdir. Ancaq mənim üçün Asif Məhərrəmovun oxuduğu mahnı yaxşıdır. Ədalət Şükürov haqda söylədiyim fikriləri Nura xanıma da aid edirəm. Yenə də Asifi seçərdim. Asifdə daha yaxşı alınıb". 

Baba Qədirli ondan icazəsiz mahnısını oxuyan olarsa, onu məhkəməyə verəcəyini bildirib: "Bu sözləri oxumaq istəyən insan, mənimlə əlaqə saxlamalıdır. Əlaqə saxlamasa, mahnını oxusa belə, mən elə edə bilərəm ki, onu məhkəməyə verərəm. Sadəcə, mən o mədəniyyətin sahibi deyiləm. Kaş ki, mahnını oxuyanlar da o mədəniyyətin sahibi olmasınlar ki, icazə alsınlar".

Qeyd edək ki, "ARB Ulduz"  kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin: