Sumqayıt Etilen-Polietilen zavodunda yanğın: 1 ölü, 1 yaralı

20 May 2011 12:37
Sumqayıt Şəhər Polis İdarəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, hadisə mayın 19-da ARDNŞ-in "Azərkimya" İstehsalat Birliyinin Etilen-Polietilen zavodunun sexində baş verib. Yanğın nəticəsində zavodun 32 yaşlı energetiki İlkin Hətəmov və 52 yaşlı elektriki Adil Nağıyev yanıq xəsarətləri ilə Sumqayıt təcili tibbi yardım xəstəxanasına yerləşdirilib. Yaralıların vəziyyəti ağır olduğundan onlar Bakıya gətirilib. A.Nağıyev gecə saat 02:00 radələrində ölüb, digərinin vəziyyəti isə ağırdır.  

Hadisə elektrik lövhəsinin açılması nəticəsində alovlanma ilə müşayiət olunub.
Faktla bağlı araşdırma aparılır.

Anar Məmmədov
Milli.Az