Qətldə təqsirləndirilən şəxsə bəraət verildi
11 Mart 2010 11:59
Milli.Az xəbər verir ki, hakim Eldar Mikayılovun sədrlik etdiyi məhkəmə Tərtər rayon sakini Fuad Allahverdiyevin barəsində bəraət hökmü çıxarıb.
Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adamöldürmə) maddəsi ilə təqsirləndirilən F.Allahvediyevin cinayət əməli sübuta yetirilməyib və məhkəmə zalından azadlığa buraxıb.
F.Allahverdiyev 2009-cu il iyunun 19-da Tərtər rayonunun Yenikənd qəsəbəsində həmyerlisi Fərman İsmayılovu qətlə yetirməkdə təqsirli bilinirdi.
Milli.Az