Lufthansa aviaşirkəti çərşənbə günü pilotların tətilinə görə 876 uçuşu ləğv edir, Almaniya şirkətinin mətbuat xidməti bildirir.
Məlumata əsasən tətil gününə təyin edilən 3000 reysdən yalnız 2124-ü həyata keçiriləcək.
Milli.Az BBC-yə istinadən bildirir ki, uçuşların ləğvi 100 min sərnişinin səyahət planına təsir göstərəcək.
"Lufthansa müştərilərini maksimal dərəcədə məlumatlandırmaq və imkan daxilində başqa uçuşlardan istifadə etmək fürsətini vermək üçün səylərini əsirgəmir", - sərnişinlərə üzrxahlığını bildirən şirkətin rəsmi açıqlamasında deyilir.
Çərşənbə günü Lufthansa və onun törəmə şirkəti olan Eurowings-in pilotları Almaniya Mülki Aviasiya İşçilərinin Cockpit Həmkarlar İttifaqının çağırışı ilə növbəti tətilə qatılırlar.
Pilotların əsas tələbi maaşların artırılmasıdır.
Tətil gecəyarısı başlayaraq bir sutka davam edəcək.
Həmkarlar ittifaqı son 5 ildə dondurulmuş maaşların hər bir ilinə 3,6 faiz əlavə ödəniş tələb edirlər ki, buda məvaciblərin 20 faiz artması deməkdir.
Bu 2014-cü ildən bəri Lufthansa pilotların sayca 14-cü tətilidir.
Milli.Az