Xatirə İslamın bağ evi - VİDEO - FOTO

21 Noyabr 2016 14:51

"Evdəkilər salam" verilişi müğənni Xatirə İslamın bağ evində qonaq olub. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, aparıcılığını Aytəkin Mərdanovanın etdiyi proqramda ifaçı ailəsindən danışıb. 

O, qardaşının subay olduğunu bildirib:

"Qardaşım universitetdə oxuyur. Evini alacam, toyunu edəcəm, ulduzları məclisə çağıracam. Amma cehiz mənlik deyil. Gəlin gətirməlidir, ali savadlı oğlana qismət olur".

X.İslamın bağ evindən fotoları və videonu təqdim edirik.

Milli.Az