12 türk alpinist itkin düşüb

24 Yanvar 2015 19:58
Yunanıstanın şimalında yerləşən Pieria dağlarında 12 nəfər türkiyəli alpinist itkin düşüb.


Milli.Az AzərTAc-a istinadən bildirir ki, hələ ki, Avropa İttifaqının fövqəladə hallar xidmətinə zəng vuran alpinistlərin yerləşdikləri yerin dəqiq koordinatlarını müəyyənləşdirmək mümkün olmayıb.

İlkin ehtimala görə, alpinistlər Katerini şəhərindən 20 kilometr şimal-qərbə doğru irəlilədikdən sonra azıblar.

Alpinistlərin yerləşdikləri ərazidə tez-tez qar uçqunlarının baş verməsi onların həyatı üçün təhlükə riskini yaradır.

Axtarış-xilasetmə işlərinə başlanıldığı bildirilir.
 

Milli.Az