Oğru qadınlar yaxalandı

11 Mart 2010 10:56
Bakı Şəhər Baş Polis İdarəsindən Milli.Az xəbər portalına daxil olan məlumata görə, onlar Bakı şəhər sakinləri Ramilə Məmmədəliyeva, Nailə Namazova və Zöhrə Həsənovadır.

Qadınlar martın 9-da saat 18:00 radələrində Şaiq Abbasova məxsus Mayakovski küçəsində yerləşən mağazadan diqqəti yayındırmaq yolu ilə oğurluq ediblər.
Qadınlar Nərimanov rayon Polis İdarəsinin 18-ci polis bölməsi əməkdaşları tərəfindən martın 10-da tutulublar.

Faktla bağlı cinayət işi başlanıb, onların başqa cinayət əməli törədib-törətməmələri araşdırılır.

Anar Məmmədov
Milli.Az