Çinin Şensi əyalətinin Torpaq və təbii resurslar idarəsinin sabiq rəisi Van Dentszi 66,24 milyon yuan (9,67 milyon dollar) rüşvət alması ilə əlaqədar ömürlük azadlıqdan məhrum edilib.
Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə bu gün Çinin "Çjunqo tsinnyan bao" qəzeti məlumat yayıb.
Məhkəmə V. Dentszinin 2003-2013-cü illərdə qulluq mövqeyindən sui-istifadə edərək rüşvət aldığını üzə çıxarıb. Mülkiyyəti müsadirə edilən V. Dentsziyə ömürlük siyasi fəaliyyətlə məşğul olmaq da qadağan edilib.
Qeyd edək ki, V. Dentszi sentyabr ayında partiya intizamını pozmaqda günahlandırılaraq Çin Kommunist Partiyasından da çıxarılıb.
Milli.Az