Azərbaycanda sərnişin qatarlarının hərəkət cədvəli dəyişir – CƏDVƏL

19 May 2011 10:23

"Azərbaycan Dəmir Yolları" QSC-dən "APA-ECONOMICS"ə verilən məlumata görə, yeni hərəkət cədvəlinə əsasən bəzi dəyişikliklər ediləcək. Şimal istiqamətində hərəkət edən qatarların hərəkət cədvəllərində "*" (ulduz) nişanı ilə göstərilən dayanacaqlar "texniki dayanacaq" sayılır (vaqona düşüb-minmək qadağandır) və həmin stansiyalara bilet satışı aparılmır.

Yeni Belarus Dəmir Yoluna məxsus olan 31 PL-52/2 Brest-Bakı birbaşa vaqonu yalnız yay mövsümündə həftədə bir dəfə təyin olunacaq. Vaqon Brestdən həftənin 5-ci günləri 68 №-li Brest-Volqoqrad qatarının quyruq hissəsinə Yelets stansiyasına kimi qoşulur və həftənin 6-cı günləri Yelets stansiyasında açılıb 56 №-li Moskva-Bakı qatarına qoşulacaq. Bakıya vaqon həftənin 2-ci günləri çatacaq. 8 iyun 2011-ci il tarixdən etibarən vaqon geriyə Bakıdan həftənin 3-cü günləri 31 №-li Bakı-Kiyev qatarının quyruq hissəsinə Volqoqrada kimi qoşulmaqla yola çıxacaq. Vaqon həftənin 4-cü günləri Volqoqrad stansiyasında qatardan açılıb 67 №-li Volqoqrad-Brest qatarlarına Brestə kimi qoşulacaq və həftənin 6-cı günləri Brest stansiyasına çatacaq.

55/56 saylı Bakı-Moskva sürət qatarı ("ADY" QSC) əvvəlki hərəkət günləri üzrə hərəkət edəcək. Moskvadan saat 18-05-də yola düşəcək.

31/32 saylı Bakı-Kiyev sürət qatarı ("ADY" QSC) əvvəlki hərəkət günləri üzrə hərəkət edəcək. Kiyevə saat 15.43-də çatacaq, Kiyevdən 6.20-də yola düşəcək.

369/370 Bakı-Xarkov sərnişin qatarı ("ADY" QSC) əvvəlki hərəkət günləri və cədvəli üzrə hərəkət edəcək.

373/374 Bakı-Tümen sərnişin qatarı (Rusiya d.y.) ayın cüt tarixləri saat 6.00-da Bakıdan yola düşəcək, saat 1.25-də Bakıya çatacaq. Ayın cüt tarixləri saat 15.39-da Tümenə çatacaq, ayın tək tarixləri saat 14.24-də Tümendən yola düşəcək. Qatar günaşırı hərəkətdə olacaq. Qatarın tərkibində yalnız qoşma Yujno-Uralsk Dəmir Yoluna məxsus olan Çelyabinsk-Bakı, Kuybışev Dəmir Yoluna məxsus olan Ufa-Bakı (yay mövsümündə, yenə hərəkət cədvəlində plaskart vaqonun əvəzinə kupe vaqonu hərəkət edəcək) və Samara-Bakı, Privolcsk Dəmir Yoluna məxsus olan Saratov-Bakı qoşma vaqonu hərəkət edəcək.

Birbaşa Zapadno-Sibirsk Dəmir Yoluna məxsus 29, 30 PL-52/2 Novosibirsk-Bakı, Ulyanovsk-Bakı (Kuybışev Dəmir Yolu), Kazan-Bakı İjevsk-Bakı (Qorki Dəmir Yolu) qoşma vaqonların hərəkəti dayandırılıb.

313/314 Bakı-Sankt-Peterburq sərnişin qatarı ("ADY" QSC) əvvəlki hərəkət günləri və cədvəli üzrə hərəkət edəcək.

391/392 Bakı-Rostov sərnişin qatarı (Şimali Qafqaz d.y.) əvvəlki hərəkət günləri və cədvəli üzrə hərəkət edəcək. Rostovdan saat 17.02-də yola düşəcək.

38/37 Bakı-Tiflis sərnişin qatarı ("ADY" QSC) yeni hərəkət cədvəli üzrə hərəkət edəcək. Yeni hərəkət cədvəlinə uyğun olaraq qatar 21-00-da Bakıdan yola düşəcək, saat 10.20-də Bakıya çatacaq. Saat 12.15-də Tiflisə çatacaq, saat 16.00-da Tiflisdən yola düşəcək.

Yalnız hərəkət cədvəlində dayanacaq olan stansiyalara biletlər tərtib edilməlidir. Dayanacaq olmayan stansiyalara və ya texniki dayanacaq verilən stansiyalara (hərəkət cədvəlində "*" nişanı qeyd olunmuş) bilet satışı qadağandır.

Yerli istiqamətində hərəkət edən qatarların yola düşmə və çatma vaxtlarında da bəzi dəyişikliklər ediləcək.

Sərnişin qatarlarının 2011/2012-ci illər üçün hərəkət cədvəli

(29.05.2011-cu ildən)

Qatarlar 

Bakıdan getmə vaxtı 

Bakıya gəlmə vaxtı 

İstiqamət 

Son məntəqəyə çatma vaxtı 

Son məntəqədən çıxma vaxtı 

Qeyd 

55/56 

I, III və V günlər 

21-55 

(Bakı vaxtı) 

VII, II və IV  günlər

6-10 

(Bakı vaxtı) 

Bakı-Moskva 

IV, VI və I günlər 

4-41 

(Moskva vaxtı) 

IV, VI və I günlər

18-05 

(Moskva vaxtı) 

Həftədə 3 dəfə  

(Bakıdan VI günlər-fakultativ) 

31/32 

III günlər 

0-30 

(Bakı vaxtı) 

II günlər 

3-45 

(Bakı vaxtı) 

Bakı-Kiyev 

V günlər 

15-43 

(Kiyev-vaxtı) 

VI günlər 

6-20 

(Kiyev-vaxtı) 

Həftədə 

1 dəfə 

38/37 

21-00 (Bakı vaxtı) 

10-20  (Bakı vaxtı)

Bakı-Tbilisi 

12-15  (Tbilisi vaxt)

16-00 (Tbilisi vaxtı) 

Hər gün  

313/314 

IV günlər 

0-30 (Bakı vaxtı) 

III günlər 

6-10 (Bakı vaxtı) 

Bakı-S/Peterburq 

VII günlər 

2-52 (Moskva vaxtı) 

VII günlər 

7-30 (Moskva vaxtı)

Həftədə  

1 dəfə 

369/370 

V günlər 

0-30 (Bakı vaxtı) 

III günlər 

3-45 (Bakı vaxtı) 

Bakı-Xarkov 

VII günlər 

5-26 (Kiyev vaxtı) 

VII günlər 

15-56 (Kiyev vaxtı) 

Həftədə 

1 dəfə 

373/374 

6-00 

(cüt tarixlər)

(Bakı vaxtı) 

1-25 

(cüt tarixlər)

(Bakı vaxtı) 

Bakı-Tümen 

15-39 

(cüt tarixlər)

(Moskva vaxtı)

14-24 

(tək tarixlər)  

(Moskva vaxtı) 

Günaşırı  

391/392 

II və VII günlər 

0-30 (Bakı vaxtı) 

VI və I günlər 

6-10 (Bakı vaxtı) 

Bakı-Rostov 

III və I günlər 

8-06 (Moskva vaxtı) 

IV və VI günlər 

17-02(Moskva vaxtı) 

Həftədə 

2 dəfə 

Yerli qatarlar 

96/97 

22-05 

8-30 

Bakı-Ağstafa 

9-30 

19-50 

Hər gün 

656-664/ 

655-663 

21-15 

7-50 

Bakı-Köçərli-Balakən 

Köçərli 

Balakən 

6-45 

10-15 

21-40 

18-10 

Hər gün 

660-672/ 

659-671 

23-00 

6-25 

Bakı-Astara-Horadiz 

Astara 

Horadiz 

 

8-55 

7-55 

19-30 

20-50 

Hər gün 

662-666/ 

661-665 

22-20 

10-00 

Bakı-Qazax-B./Kəsik 

Qazax 

Böyük-Kəsik 

11-50 

12-30 

19-30 

18-40 

Hər gün 

602/601 

7-20 

23-40 

Bakı-Gəncə

15-00 

15-30 

Hər gün (IV gün yoxdur) 

616/615 

17-00 

15-02 

Bakı-Mingəçevir  

0-32 

7-00 

Hər gün 

(Bakıdan- II, Mingəç.- III yoxdur)

618/619 

7-40 

23-30 

Bakı-Astara  

15-00 

15-35 

Hər gün (I gün yoxdur)