Nadinc balalar atanı nərildətdi - FOTO

20 May 2011 04:35
Milli.Az xəbər portalı "Daily Mail"ə istinadən bildirir ki, Böyük Britaniyadakı "Longleat Safari Park" zooparkına gələnlərin sevimli heyvanlarından biri Nibalo adlı erkək şirdir.
Nibalo həlim, sakit aslan kimi tanınır. Lakin nadinc övladlarını onun kimi sakit məxluqun da səbr kasasını daşdıra bilərlər.

Onun uç balası volyerdə durmadan ora-bura qaçıb oynayandan sonra usanıblar və ataları ilə əylənmək qərarına gəliblər.

Balalardan biri Nibalonun quyruğunu ağzına keçirib dartıb, o biri qarnını dişləyib, üçüncüsü isə pəncələriylə atasının bığlarından yapışıb.

Bütün bunlar Nibalonu o qədər hirsləndirib ki, axırda nərildəyərək övladlarını qorxudub.

Qorxmuş balaların səsinə gələn ana şir Yendi isə onları "toplayaraq" hirslənmiş Nibalodan uzaqlaşdırıb.

Milli.Az