Türkan Şoray Bakıda: "Bütün azərbaycanlıları çox sevirəm" - VİDEO - FOTO

17 Noyabr 2016 17:56

17:56

 Türkiyənin məşhur aktrisası Türkan Şoray Bakıdadır.

Qafqazinfo-nun məlumatına görə, hazırda aktrisa Xəzər Universitetində qonaqdır.

Qeyd edək ki, Türkan Şoraya Avrasiya Akademiyasının fəxri üzvü diplomu və Avrasiya Akademiyasının "Avrasiya Əfsanəsi" mükafatı veriləcək. O, Avrasiya Akademiyasına üzv seçilən və "Avrasiya Əfsanəsi"nə layiq görülən ilk qadındır.

Türkan Şoray jurnalistlərə açıqlamasında vətənimizə gəlməkdən şad olduğunu deyib:

"Təkrar Bakıda olduğum üçün çox sevincliyəm. Bizi yalnız buraxmadığı üçün sevənlərimə təşəkkür edirəm. Qardaş, dost ölkədə üçüncü dəfə olmaqdan çox xoşbəxtəm. İnsanların sevgisini hiss edirəm. Bu, məni çox sevindirir. Bütün azərbaycanlıları çox sevirəm".

Xəzər Universitetində Türkan Şorayın şərəfinə görüş keçirilib. Tədbirdə Türkiyənin ölkəmizdəki səlahiyyətli səfiri Erkan Özoral, Sabir Rüstəmxanlı, Rasim Balayev, Ramiz Rövşən, Fidan Hacıyeva, Ramiz Quliyev və b. iştirak edirlər.

----------

17:29

Türkiyənin məşhur aktrisası Türkan Şoray Bakıdadır. Aktrisa Xəzər Universitetinin dəvəti ilə Azərbaycana gəlib. 

Milli.Az big.az-a istinadən aktrisanın ilk təəssüratlarını təqdim edir: 

"Burada olmaqdan çox məmnunam. 3-cü dəfədir ki, Bakıdayam. Çox xoşbəxtəm. Azərbaycanla qardaş, dost ölkəyik. Azərbaycanı çox sevirəm, çünki buranın insanları mehribandırlar. Diqqətiniz, sevginiz məni çox xoşbəxt edir. Sevildiyimi bilirəm, bu da məni ayrıca xoşbəxt edir. Mən də azərbaycanlıları çox sevirəm". 

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Türkan Şoray Bakıda: