Sarkozi Qarabağ münaqişəsindən şikayətlənib
11 Mart 2010 10:15
Milli.Az-ın BBC-yə istinadən verdiyi xəbərə görə, Parisdə keçirilmiş görüşdən sonra cənab Sarkozi və Ermənistan lideri Serj Sarkisyan müxbirlərə açıqlama verməyiblər.
Lakin prezident Sarkozi erməni həmkarına prosesin tempinin aşağı düşməsindən narahatlığını çatdırıb. O hər iki tərəfi lazımi səyləri göstərməyə və güzəştlərə getməyə səsləyib.
Bu barədə Frans Press agentliyinə məlumat verən fransalı rəsmi adının açıqlanmasını istəməyib.
Cənab Sarkozi Fransa və Almaniyanın tarixini nümunə gətirərək, Qarabağ münaqişəsinin çox uzun müddət davam etdiyindən şikayətlənib.
Milli.Az