“RWE "Naxçıvan" strukturundan əhəmiyyətli karbohidrogen ehtiyatı gözləyir”

11 Mart 2010 10:00
- ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) və Almaniyanın RWE şirkəti arasında Xəzərin Azərbaycan sektorunda "Naxçıvan" perspektiv dəniz strukturu üzrə imzalanan qarşılıqlı anlaşma haqqında memorandumun "RWE Dea" üçün nə əhəmiyyəti var?

- Bu gün Bakıda qarşılıqlı anlaşma haqqında memorandumun imzalanması "RWE Dea" şirkətinin Azərbaycanda kəşfiyyat fəaliyyəti yolunda atılan ilk addımdır. Bizim niyyətimiz ölkədəki fəaliyyətimizi tədricən genişləndirməkdir. Biz bu yeni layihədə öz təcrübəmizi və texnoloji bacarığımızı tətbiq etməyin imkanlarını səbirsizliklə gözləyir və ümüd edirik ki, bu, Azərbaycan və "RWE Dea" şirkəti arasındakı uzunmüddətli və məhsuldar əməkdaşlıq üçün dönüş nöqtəsi olacaq.

- "RWE Dea" şirkətinin Azərbaycana və Xəzər regionuna diqqəti nə ilə əlaqədardır?

- Birincisi, biz Azərbaycan və digər Xəzər regionu ölkələrində əhəmiyyətli ehtiyat potensialı gözləyirik və zəngin təcrübəyə malik olaraq, karbohidrogenin kəşfi, ışlənməsi və hasilatı prosesinə öz töhfəmizi verə bilərik. Ötən il "RWE Dea" şirkəti Türkmənistanda "Blok-23"ün işlənilməsi üzrə lisenziya alıb.

Və əlbəttə ki, RWE şirkəti Avropaya enerji tədarükünü təmin etməyə çalışır. Azərbaycan və Türkmənistanda müqavilə bloklarından olan karbohidrogen, məsələn, gələcəkdə Şərqi və Mərkəzi Avropaya qaz tədarükünün həcmini təmin edə bilər.

- Azərbaycanda, xüsusən də "Naxçıvan" strukturunda neft və qaz resurslarına dair nə kimi gözləntilər var?

- Əlbəttə, Azərbaycan böyük karbohidrogen ehtiyatlarına malikdir və biz "Naxçıvan" strukturundan əhəmiyyətli dərəcədə ehtiyat potensialı gözləyirik. Lakin ilk olaraq, ARDNŞ ilə PSA tipli müqavilənin imzalanmasını səbirsizliklə gözləyirik.

/Trend Capital/