"Xəzər Lənkəran"ın sabiq futbolçusu Sadio Tounkara yenidən Azərbaycan Premyer Liqasında oynayacaq.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, 24 yaşlı malili yarımmüdafiəçi AZAL-la müqavilə bağlamağa hazırlaşır. Klubun mətbuat xidmətindən verilən açıqlamada məlumatı təsdiqləyiblər.
Hazırda viza məsələsinin həlli ilə məşğul ola Sadio Tounkaranın gələn həftə AZAL-ın düşərgəsinə qoşulacağı gözlənilir.
Xatırladaq ki, Tounkara 2012-2015-ci illərdə "Xəzər Lənkəran"da oynayıb
Milli.Az