ABŞ-da helikopter qəzası, ölənlər var

24 Yanvar 2015 20:33
ABŞ-ın Kaliforniya ştatında hərbi təlim zamanı dəniz piyadalarına məxsus helikopter qəzaya uğrayıb.

Milli.Az APA-ya istinadən bildirir ki, insident nəticəsində 2 hərbçi ölüb.

"Los Angeles Times" qəzetinin məlumatına görə, ABŞ Müdafiə nazirliyi faktı təsdiqləyib.

Hazırda hadisənin təfərrüatları müəyyənləşdirilir.
 

Milli.Az