Məktəblərdə payız tətili günlərinin sayı artacaqmı?

11 Noyabr 2016 10:20

Azərbaycanın orta məktəblərində gələn həftə bu tədris ilinin ilk tətili olacaq.

Milli.Az bildirir ki, Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehovun Trend-ə verdiyi məlumata görə, şagirdlər üçün payız tətili 5 gün - 16-20 noyabr tarixlərində olacaq. Lakin tətil günlərinin ikisinin - 19 və 20 noyabrın həftənin şənbə və bazar günlərinə təsadüf etməsi tətil günlərinin sayının artmasına səbəb olmayacaq.

C.Valehov bildirib ki, şagirdlər noyabrın 21-də dərslərdə iştirak etməlidirlər.

Milli.Az