Bred Pitt bəraət aldı - FOTO

10 Noyabr 2016 11:49

ABŞ-ın Los-Anceles şəhərinin xüsusi xidmət strukturları məşhur aktyor, Hollivud ulduzu Bred Pittə qarşı irəli sürülmüş ittihamların əsası olmadığını bəyan edib.

Milli.Az ABC-yə istinadən bildirir ki, 52 yaşlı aktyor oğlu Meddoksa qarşı qəddarlıq etməkdə suçlanırdı. Breddin artıq boşanmış arvadı, 41 yaşlı Ancelina Coli iddia edirdi ki, sentyabrda təyyarə ilə Los-Ancelesə yollanarkən Bred Pitt göyərtədə dava salıb, Meddoksu və digər övladlarını təhdid edib. Onun Meddoksu döymək istədiyi də vurğulanırdı.

Lakin polislər və sosial xidmətlər ekspertləri uşaqlarla, şahidlərlə danışandan sonra ittihamların əsassızlığına əmin olublar.

Araşdırma, təhqiqat və istintaq bağlı elan olunub.

Bununla da Pitt 6 övladına qəyyumluq məsələsində ciddi uğur əldə edib. Hazırda o, Ancelina Colinin yanında olan övladlarına, sadəcə, "terapevtik görüş" zamanı baş çəkə bilər.

Ancelina Coli sentyabrın 19-da ərindən boşanmaq üçün məhkəməyə ərizə ilə müraciət edib.

Dünən Bred Pitt boşanma xəbərləri yayılandan sonra ilk dəfə tədbirə qatılıb. Pitt ona məxsus "Plan B" studiyasının çəkdiyi "Moonlight" filminin qapalı premyerasına yollanıb.

Premyeraya aktrisa Culiya Roberts də qatılmışdı.

Bred Pitt əvvəlki təki şux, şən deyildi.

Milli.Az