İran Prezidentinin Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi Bakıya gəlib
10 Mart 2010 18:35
Bu barədə İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Abbas İsgəndəri Trend News-a deyib.
11-12 mart tarixlərində Bakıda Xəzərsahili ölkələrin xarici işlər nazirləri müavinləri səviyyəsində növbəti iclasın keçirilməsi planlaşdırılır.
Görüşdə nazir müavinləri ilə yanaşı, Sərhəd Xidməti, Gömrük Xidməti, DİN, FHN nümayəndələri də iştirak edəcək. Belə ki, görüş zamanı təhlükəsizlik məsələsi də müzakirə olunacaq.
Milli.Az