Övladını itirən şou ulduzu: "Hələ özümə gəlməmişəm" - FOTO

4 Noyabr 2016 12:35

"Celebrity Big Brother" realiti-şousunun sabiq ulduzu, model Kortni Stodden Hollivudda "4th annual Reality TV Awards" mükafatlarının təqdimat mərasiminə qatılıb.

Milli.Az TMZ-yə istinadən bildirir ki, 22 yaşlı Stodden dərin dekolteli, çəhrayı rəngli don geyinmişdi.

Stoddenin dediyinə görə, artıq boşandığı əri Daq Hatçinsondan olan övladını iyulda itirdiyinə görə hələ də depressiyadadır.

Çoxsaylı plastik cərrahiyyə əməliyyatlarına məruz qalmış K.Stoddenin hamiləliyi iyulun 18-də yarımçıq bitmişdi.

"Hələ 22 yaşım var. Ümid edirəm ki, depressiyam tezliklə bitər. Hələ də özümə gəlməmişəm", - K.Stodden deyib.

Milli.Az