Hal hazırda qəbizlik bütün dünyada çox yayılmış pozulmadır. Bunun əsas səbəbi müasir insanların həyat tərzidir.
Müasir insanların əksəriyyəti sağlam şəkildə qidalanmır, az hərəkət edir, az su içir, daim streslərə məruz qalır ki, bunun nəticəsində bağırsaqların normal fəaliyyəti pozulur və qəbizlik inkişaf edir.
Milli.Az saglamolun.az-a istinadən bildirir ki, xalq təbabətində qəbizlikdən qurtulmaq üçün çoxlu sayda reseptlər var. Sizə ən tanınmış reseptlərdən birini təqdim edirik.
1 stəkan təzə qatığa 1 desert qaşığı zeytun yağı və 1 desert qaşığı buğda kəpəyi əlavə edin, yaxşı qarışdırın və axşam yatmazdan 1-2 satt əvvəl əvvəl için. Qarışıq bağırsaqları çox yaxşı "yumşaldır".
Milli.Az