Minsk Qrupu girovlarvmız barədə nə düşünür?

15 Yanvar 2015 21:33
ATƏT-in Minsk qrupunun ABŞ, Fransa və Rusiyadan olan həmsədrləri bu gün Krakovda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşüblər. \

Trend ATƏT-ə istinadən xəbər verir ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik də görüşdə iştirak edib.

Məlumata görə, rusiyalı həmsədr İqor Popov, amerikalı həmsədr Ceyms Uorlik və fransalı həmsədr Pyer Andryu nazirə təmas xəttində və Ermənistan-Azərbaycan sərhədində itkilərə səbəb olan hücumlar haqqında məlumatlarla bağlı ciddi narahatlılqlarını çatdırıblar.

Məlumatda deyilir: "Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında etimadı bərpa etmək və tərəqqiyə nail olmaq üçün ötən ildən başlayan zorakılığın artması hallarının qarşısını almaq lazımdır. Biz Azərbaycanı münaqişənin süıh yolu ilə nizamlanması üzrə öhdəliklərini yerinə yetirməyə çağırdıq. Biz, həmçinin Ermənistanı gərginliyin azaldılması üzrə bütün tədbirləri görməyə çağırırıq. Bütün tərəflər atəşkəs haqqında sazişin şərtlərinə riayət etməlidir. Zorakılıq sülhün əldə edilməsi üzrə səyləri pozur".

Həmsədrlər nazirlə sülh prosesi çərçivəsində növbəti mümkün addımları, o cümlədən davamlı nizamlanmaya gətirib çıxara və bütün regiona fayda verə biləcək hərtərəfli danışıqları müzakirə ediblər.

Onlar, həmçinin görüşdə nazirə Minsk qrupunun həmsədrlərinin vəzifə və rolunu, eyni zamanda, ATƏT müşahidəçilərinin öhdəliklərini xatırladıblar.

Həmsədrlər Ermənistan-Azərbaycan sərhədi və qoşunların təmas xətti boyunca arzuolunmaz insidentlərin qarşısının alınmasına yönəlmiş tədbirlərin vacibliyini qeyd ediblər.

Görüşdə Beynəlxalq Qızıl Xaç Komitəsinin himayəsi altında tərəflərin itkin düşmüş şəxslər haqqında məlumat mübadiləsi üzrə sazişi ilk fürsətdəcə reallaşdırmasının gedişi müzakirə olunub.

Həmsədrlər yaxın gələcəkdə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşməyi, sonra regiona səfər etməyi planlaşdırırlar.

Milli.Az