“Microsoft” Rusiyanı hücumda ittiham etdi

3 Noyabr 2016 08:59

"Microsoft" korporasiyası "Windows" əməliyyat sisteminə kiberhücumların arxasında Rusiya rəsmi dairələrinə bağlı hakerlərin dayandığını bəyan edib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, söhbət ünvanlı fişinq məktubların istifadə olunması ilə həyata keçirilən haker hücumlarından gedir. Hücumları "Strontium" qrupunun həyata keçirdiyi bildirilir. Bu qrup "Fancy Bear" və "ART 28" adları ilə də tanınır. Həmin haker qrupunun ABŞ Demokrat Partiyasının serverlərini sındıran qrup olduğu və Rusiya Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinə işlədiyi güman edilir.
 
Qeyd edək ki, "Windows"dakı zəiflik barədə şirkətin əsas rəqibi "Google" oktyabrın sonunda açıqlama yaymışdı. "Microsoft" noyabrın 8-də "Windows"u bu tip hücumlardan qoruyan proqram yenilənməsinin təqdim olunacağını açıqlayıb.

Milli.Az