"Arsenal"dan möhtəşəm geri dönüş, "Mançester Siti" qalib gəldi - YENİLƏNİB - VİDEO - FOTOSESSİYA

2 Noyabr 2016 09:31

08:03

Çempionlar Liqasının qrup mərhələsində IV tura start verilib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, ilk oyun günündə A, B, C və D qruplarında matçlar keçirilib.

A qrupunda "Arsenal" Bolqarıstanda "Ludoqorets"lə qarşılaşıb. Bu komandaların 2 həftə öncə Londondakı qarşılaşması "topçular"ın 6:0 hesablı qələbəsi ilə başa çatsa da, bu dəfə qələbə Arsen Vengerin yetirmələri üçün çox çətin başa gəlib. Matçın artıq 15-ci dəqiqəsində 0:2 geriyə düşən londonlular yekunda 3:2 hesablı qələbəyə sevinib. London təmsilçisi səfərdə qazandığı 3 xalla növbəti mərhələyə vəsiqəni vaxtından əvvəl təmin edib. Qrupun digər matçında isə PSJ "Bazel"in qonağı olub. Öz meydanında 3:0 hesablı qələbəyə sevinən parislilər bu matçda da qalib gəlib. 

Günün ən maraqla gözlənilən oyunları sırasında "Beşiktaş" - "Napoli" görüşü də var idi. Bu komandaların Neapoldakı oyununda qeydə alınan nəticə Türkiyə təmsilçisində özünəinam hissini bir qədər də artırmışdı. Şenol Günəşin yetirmələri öz meydanlarında 1:1 hesablı heç-heçəyə razılaşıblar. 

Turun mərkəzi qarşılaşması Mançesterdə keçirilib. İki həftə öncə İspaniyada darmadağınla (0:4) üzləşən "Mançester Siti" bu dəfə öz meydanında "Barselona"nı xalsız qoyub. Xosep Qvardiolanın yetirmələri sabiq komandası "Barselona"nı Mançesterdən əliboş yola salıblar - 3:1. 

D qrupunda xal itkisi ilə üzləşməyən "Atletiko" bu tur "Rostov"u qəbul edib. Madrid təmsilçisi bu oyunda da 3 xal qazanaraq, növbəti mərhələyə vəsiqəni vaxtından tez təmin edib. Qrupun digər matçında isə "Bavariya" Hollandiyada "PSV Eyndhoven"i sınağa çəkib. Münhen klubu da qələbə qazanaraq, 1/8 finalın qapısını vaxtından əvvəl açıb.

UEFA Çempionlar Liqası, qrup mərhələsi

IV tur

1 noyabr

A qrupu

"Ludoqorets" (Bolqarıstan) - "Arsenal" (İngiltərə) - 2:3

Qollar: Kafu, 12, Keseru, 15 - Caka, 22, Jiru, 42, Mesut, 88

"Bazel" (İsveçrə) - PSJ (Fransa) - 1:2

Qollar: Zuffi, 76 - Matuidi, 43, Munier, 90+2

1.

Arsenal

4

3

1

0

12-3

10

2.

PSJ

4

3

1

0

9-3

10

3.

Bazel

4

0

1

3

2-8

1

4.

Ludoqorets

4

0

1

3

4-13

1

B qrupu

"Beşiktaş" (Türkiyə) - "Napoli" (İtaliya) - 1:1

Qollar: Quaresma, 78 (pen.) - Hamşik, 82

"Benfika" (Portuqaliya) - "Dinamo" (Kiyev, Ukrayna) - 1:0

Qol: Salvio, 45+2

1.

Napoli

4

2

1

1

9-7

7

2.

Benfika

4

2

1

1

6-5

7

3.

Beşiktaş

4

1

3

0

6-5

6

4.

Dinamo K.

4

0

1

3

2-6

1

C qrupu

"Borussiya" (Mönxenqladbax, Almaniya) - "Seltik" (Şotlandiya) - 1:1

Qollar: Stindl, 32 - Dembele, 76

"Mançester Siti" (İngiltərə) - "Barselona" (İspaniya) - 3:1

Qollar: İlkay, 39, 74, De Brün, 51 - Messi, 21

1.

Barselona

4

3

0

1

14-4

9

2.

Mançester S.

4

2

1

1

10-8

7

3.

Borussiya M.

4

1

1

2

4-7

4

4.

Seltik

4

0

2

2

4-13

2

D qrupu

"Atletiko" (İspaniya) - "Rostov" (Rusiya) - 2:1

Qollar: Qrizman, 28, 90+3 - Azmun, 30

"PSV Eyndhoven" (Hollaniya) - "Bavariya" (Almaniya) - 1:2

Qollar: Arias, 15 - Levandovski, 34 (pen.), 74

1.

Atletiko

4

4

0

0

5-1

12

2.

Bavariya

4

3

0

1

11-3

9

3.

PSV Eyndhoven

4

0

1

3

4-9

1

4.

Rostov

4

0

1

3

3-10

1

Milli.Az

-----------

09:31

Videonu izləmək üçün şəklə klikləyin:

Manchester City 3 - 1 Barcelona

PSV Eindhoven 1 - 2 Bayern Munich

Besiktas 1 - 1 SSC Napoli

Basel 1 - 2 Paris Saint Germain

Ludogorets Razgrad 2 - 3 Arsenal

Benfica 1 - 0 Dynamo Kyiv

Borussia Moenchengladbach 1 - 1 Celtic

Atletico Madrid 2 - 1 FC Rostov