İrina Şeyk: “Artıq mən də ana olmalıyam”

1 Noyabr 2016 22:34

30 yaşlı model İrina Şeyk açıqlamaları ilə təəccüb doğurub.
 
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, o, ailənin hər şeydən üstün olduğunu deyib:
 
"Mən öz işimi sevirəm, mənim üçün çox əhəmiyyətlidir. Amma bu, həyatımda əsas deyil. Düşünürəm ki, ən vacib şey ailədir. Atam artıq 20 ildir ki, anamla evlidir, mən də artıq öz şəxsi ailəmi yaratmaq istəyirəm. Bu günlərdə hamilə olması ilə bağlı şayiələr yayılan İrina uşaq mövzusuna da toxunub: "Uşaq dünyaya gətirmək üçün "düzgün zaman" anlayışının olduğunu düşünmürəm. Məsələn, mənmim bacım 22 yaşında ana oldu və bu onunçun mükəmməl zaman idi. Yanvarda 31 yaşım olacaq və düşünürəm ki, artıq mən də ana olmalıyam. Əsas odu ki, doğru kişini tapasınız".
Milli.Az