Beş nəhəngin bir ad davası
14 May 2011 19:40
Milli.Az xəbər portalı "CNET News"a istinadən bildirir ki, HTC, "Nokia" və "Sony Ericsson" korporasiyaları "App Store" adı uğrunda mübarizəyə başlayıblar.
Onlar "Microsoft" ilə birlikdə Avropada "Apple" şirkətinə məxsus ticari nişanlar təki qeydə alınmış "App Store" və "Appstore" ifadələrinin qüvvədən düşmüş sayılmasını tələb ediblər. Korporasiyalar Avropa Birliyinin Ticari Nişanlar Xidmətinə (OHİM) müraciət ediblər.
İddiaçıların fikrincə, "App Store" və "Appstore" terminləri proqram əlavələri üçün internet-dükanların ümumi səciyyələndirici ifadəsi olduğundan, bu sözlərdən tək "Apple" yox, hamı istifadə edə bilər. "Microsoft" təmsilçiləri bildiriblər ki, "App Store" ("Əlavələr dükanı") ifadəsi "toy store" (oyuncaq dükanı) və ya "book store" ("kitab dükanı") kimi ümumi ifadədir.
Milli.Az