İstanbul meri hamını dağıdıcı zəlzələyə hazır olmağa çağırdı
10 Mart 2010 16:25
İstanbul meri Kadir Topbaş bildirib ki, rəhbərlik etdiyi 15 milyonluq şəhər 7,5 bal gücündə zəlzələlərə hazır olmalıdır. Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, bununla əlaqədar olaraq, təcili tədbirlər görülməsinin vacibliyini bəyan edib.
Xatırladaq ki, bu həftənin ilk günündə Elazığda baş vermiş güclü zəlzələ 57 nəfərin həyatına son qoyub.
"İstanbulda baş verəcək zəlzələ Türkiyəni məhv edəcək. Təcili olaraq, xüsusi tədbirlər görülməlidir. Mən bu məsələni baş nazirlə də müzakirə edəcəm", - deyə mer qeyd edib.
Milli.Az