“Amazon”un xalis mənfəəti 252 milyon dollar olub

1 Noyabr 2016 07:42

Bu ilin üçüncü rübündə "Amazon" internet riteylinin xalis mənfəəti ötən 2015-ci ilin analoji dövrü ilə müqayisədə iki dəfədən çox artıb və 252 milyon dollara çatıb. 

Milli.Az lent.az-a istinadən xəbər verir ki, şirkətin gəlirləri 29 faiz artaraq 32,7 milyard dollar olub. Şirkətin "Amazon Web Services" bulud bölməsinin gəliri 3,2 milyard dollar təşkil edib. 

Şirkətdə proqnozlaşdırırlar ki, bayram şoppinqinin də daxil olduğu dördüncü rübdə şirkətin gəlirləri 42-45,5 milyard dollara çatacaq. 

Bundan öncə isə bildirilib ki, "Amazon" musiqili striminq xidmətini işə salıb. Xidmət analoji "Apple" və "Spotify" layihələri ilə rəqabət aparmalı olacaq.

Milli.Az