"Taliban" "Twitter"ə keçdi!

14 May 2011 11:51
Milli.Az xəbər portalı CNN-ə istinadən bildirir ki, Əfqanıstan və Pakistandakı radikal islamçı "Taliban" hərəkatı dünyanın ən populyar mikrobloqinq servisi "Twitter"də özünə akkaunt yaradıb.
"Alemarahweb" adlı akkauntda taliblər əksəriyyəti puştu, bir qismi isə ingilis dilində olan məlumatlar yerləşdiriblər.

"Taliban"ın akkauntunun artıq 4121 "follover"i var.

"Alemarahweb" akkauntunun özünə dost etdiyi 12 akkauntun tam əksəriyyəti Pakistan və Əfqanıstandakı vəziyyətdən xəbərlər verən informasiya agentlikləridir.

Milli.Az