Xərçəng xəstəsi qadını və xəstə oğlunu pis vəziyyətə saldılar - Bakıda QƏDDARLIQ - VİDEO - FOTO

29 Oktyabr 2016 13:29

Paytaxtın Sabunçu rayonunda vətəndaşa məxsus 12 baş iribuynuzlu heyvan oğurlanıb.

Nəticədə vətəndaşa külli miqdarda ziyan dəyib.

ARB TV xəbər verir ki, əslən Qobustan rayonundan olan Bənövşə Mirzəliyevanın Bakıda yaratdığı təsərrüfatdan 12 baş iribuynuzlu heyvan oğurlanıb. Hadisədən səhər saatlarında xəbər tutan qadın dərhal Sabunçu Rayon Polis İdarəsinin 14-cü polis bölməsinə müraciət edib. Aparılan araşdırmalar nəticəsində məlum olub ki, vətəndaşa 35 mindən çox ziyan dəyib. 

Bənövşə xanım deyir ki, 1 il bundan öncə ona məxsus 30-dan çox qoyun da oğurlanıb. Ən dəhşətlisi isə odur ki, xərçəng xəstəliyindən əziyyət çəkən qadının himayəsində əqli cəhətdən problemi olan övladı da var və onların tək qazanc yeri həmin heyvanlar olub. 

Bənövşə Mirzəliyeva - zərərçəkən: "Oturduğumuz yer bir az şəraitsizdir. Xəstə oğlumun da bir uşağı var, onunla məşğul idim. 2 ilə 6 arası baxmışdım dama. 6-da bir də getdim gördüm ki, yoxdur heç nə. Bıçaqla kəndirlərin başlarını kəsiblər, yığışdırıb aparıblar".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Xərçəng xəstəsi qadını və xəstə oğlunu pis vəziyyətə saldılar - Bakıda QƏDDARLIQ