Qadının üzünü dəyişdilər - UNİKAL ƏMƏLİYYAT - FOTO

28 Oktyabr 2016 12:26

Polşanın Lodz şəhərində yaşayan Yoanna adlı qadın özünü çox eybəcər hesab edirdi. Əslində, ona gözəl demək çox çətindi, çünki Yoannanın siması əyilmiş, qırışmış və normallıqdan çox uzaqlaşmışdı.

Milli.Az European-a istinadən bildirir ki, Yoanna anadangəlmə neyrofibromatoz xəstəsi idi. Bu genetik xəstəlik orqanizmdə böyük şişlər yaradır.

Yoannanın üzü də şişlər ucbatından eybəcər vəziyyət almışdı. O danışanda, yeyəndə və su içəndə çox əzab çəkirdi.

Qlivits şəhərindəki Mariya Skladovskaya-Küri Universitetinin nəzdindəki Onkologiya Mərkəzinin cərrahları bu şişləri əməliyyat vasitəsilə kəsməyə və Yoannanın üz dərisini dəyişməyə qərar veriblər.

23 saat davam edən əməliyyat zamanı qadının üz dərisinin 80 faizi dəyişdirilib.

Üç il əvvəl keçirilmiş əməliyyat barədə heç bir məlumat verilməyib.

Həkimlər bərpa dövrünün başa çatmasını gözləyirdilər.

Dünən Yoanna mətbuat konfransı keçirib və jurnalistlərin qarşısına çıxıb. O, üzündəki çapıqlardan tam qurtulmasa da, çox dəyişib.

"Bu əməliyyatı eybəcərlikdən normallığa yol da adlandırmaq olar. Cərrahlar sanki möcüzəni gerçəkləşdirdilər. Onlara minnətdaram",  - Yoanna deyib.

Əməliyyata rəhbərlik etmiş plastik cərrah Adam Maçievski nəticələrdən çox razı qaldığını deyib.

Milli.Az