Məlumatı Trend News-a komissiyanın üzvü, millət vəkili Vaqif Səmədoğlu verib. Onun sözlərinə görə, iclasda komissiya üzvlərinə əfvlə bağlı daxil olan müraciətlərə baxılacaq. Novruz Bayramı ərəfəsi əfv sərəncamının imzalanıb-imzalanmayacağına gəldikdə, millət vəkili deyib ki, bu, Prezident İlham Əliyevin səlahiyyətinə aid olan məsələdir.
V.Səmədoğlu bildirib ki, komissiya üzvlərinin hər birinə onlarca məhbusdan, onların ailə üzvlərindən müraciətlər daxil olub: "Əfv olunacaqların siyahısına kimlərin adlarının salınacağı yalnız müzakirələrdən sonra bəlli olacaq".
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev 2009-cu il dekabrın 25-də əfv sərəncamı imzalayıb. Sərəncam ümumilikdə 99 məhbusa şamil edilib. 1994-cü ildən indiyədək imzalanmış 46 əfv fərmanı ilə 4957 şəxs cəzadan azad edilib. Fərmanların 14-ü İlham Əliyev, 32-si isə mərhum prezident Heydər Əliyev tərəfindən imzalanıb. İndiyədək imzalanan 8 amnistiya aktı 40 min məhkuma şamil olunub.