“Şaxtyor”a Rusiya klubları ilə oynamaq yasaqlandı

29 Yanvar 2015 23:41
Ukrayna hakimiyyəti Donetskin "Şaxtyor" futbol klubuna Rusiya komandaları ilə görüşməyi qadağan edib.

Milli.Az modern.az-a istinadən bildirir ki, bu haqda "Sportbox" portalına Donetsk komandası ilə yoldaşlıq oyunu keçirməyə hazırlaşan Moskvanın "Torpedo" klubunun baş məşqçisi Valeri Petrakov məlumat verib: "Bəli, onlar bizim kluba rəsmi kağız yollayıblar. Ukrayna hökuməti onlara oynamağı qadağan edib".

"Şaxtyor" "Torpedo"dan əlavə Moskvanın OMİK klubu ilə də İspaniyada yoldaşlıq oyunu çərçivəsində görüşməli idi. Ancaq yanvarın 23-də rusyalılarla oyunla bağlı informasiya Ukrayna klubunun rəsmi saytından çıxarılıb. Bundan əvvəl Kiyevin "Dinamo" klubu Rusiya komandaları ilə oynamaqdan imtina edib.
 

Milli.Az