"Klon"un "Hade"sinin əri və uşaqları - FOTOlar

22 Oktyabr 2016 18:40

"Klon" teleserialı ilə dünya şöhrəti qazanan braziliyalı aktrisa Covanni Antonelli ölkəsində hələ də ən məşhur simalardan sayılır.

Milli.Az axşam.az-a istinadən bildirir ki, sosial şəbəkələrdə də aktiv olan 40 yaşlı ulduz müxtəlif markaların fotosessiyalarından və açılışlarından olan görüntüləri sevənləri ilə paylaşır.

Qeyd edək ki, serialda "Hade" obrazını canlandıran Antonelli serialdakı tərəf-müqabili Murilyo Benisio lə 2001-2007-ci illərdə evli olub. Onların bir oğlu dünyaya gəlib. Aktrisa daha sonra Leonardo Nogeria ilə ailə qurub. Hazırda evli olan cütlüyün əkiz qızları var.

Antonelli tez-tez uşaqları və əri ilə ictimaiyyət arasında görünür.

Milli.Az