Bunun bir adı var - VƏHŞİLİK: körpəni yerə yıxaraq... - VİDEO - FOTO

19 Oktyabr 2016 17:24

Türkiyə ordusunda tibb səlahiyyətlisi kimi çalışan Ş.U. eşq yaşadığı B.A. ilə Gülyalı mahalındakı bir restorana yemək yeməyə gediblər. B.A-nın əvvəlki evliliyindən bir uşağı var. 

Milli.Az milliyet-ə istinadən bildirir ki, Ş.U. yemək zamanı qəfil B.A.- nın 2 yaşlı oğlunu restoranın uşaqlar üçün oyun sahəsinə apararaq döyməyə başlayıb. Ş.U. bununla kifayətlənməyərək körpəni yerə yıxaraq təpikləməyə başlayıb.

Görüntülər restoranın təhlükəsizlik kamerasına düşüb. Uşağının səsinə qaçan B.A. Ş.U.- dan polisə şikayət edib.

Polislər Ş.U.-nu dərhal saxlayıblar. İfadəsi alındıqdan sonra məhkəməyə çıxarılan şəxs həbs olunub.

Təhməz Təkin
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Bunun bir adı var - VƏHŞİLİK: körpəni yerə yıxaraq...