Azərbaycanlı model Türkiyədə ərə getdi - FOTO

18 Oktyabr 2016 10:50

Model Solmaz Allahverdiyeva Türkiyədə ailə qurub. 

Axşam.az-ın məlumatına görə, bu haqda modelin bacısı, rejissor Şahin Zəkizadənin xanımı Səbinə Allahverdiyeva xəbər verib. 

O bildirib ki, özəl günündə bacısının yanında ola bilməyib:

"Canımdan əziz olan bacımın ən xoş günüdür. Ailə həyatına addımladı. Heyf, xoş günündə yanında ola bilmədim, amma ürəyim sizinlədir. Bir ömür boyu, xəstəlikdə və sağlamlıqda bir-birinizin yanında olun".

Qeyd edək ki, S.Allahverdiyeva uzun müddətdir Türkiyəyə köçüb və orada fəaliyyət göstərir.

Milli.Az