Dodaq quruluğu və uçuğun müalicəsində təbii üsullar

18 Oktyabr 2016 08:01

Dodaqların quruması və infeksiyalardan qaynaqlanan dodaq uçuqları (Hermes İmplex) sizi narahat edir?

Qarğıdalı nişastası
 
Milli.Az deyerler.org-a istinadən bildirir ki, 1 qaşıq qarğıdalı nişastası ilə 1 qaşıq içməli suyu qarışdırıb məcun halına gətirin. Yatmadan əvvəl uçuqa sürtün. Yuxudan oyanarkən isə ehtiyyatla yaxalayın.
 
Buz

Uçuq ağrıyla yanaşı, dodaqda yanmağa da səbəb ola bilər. Buz bağlamaq - uçuğun üzərindəki dərinin həm nəmlənməsi, həm də yanmasının keçməsini təmin edir.
 
Yeni diş fırçası
 
Diş fırçası uçuq viruslarının daşınması üçün ideal şərait yaradır. Uçuq yarandıqda təmiz bir diş fırçasına keçin. Uçuq keçdikdən sonra, yenidən fırçanızı dəyişdirməyә laqeydlik etməyin.
 
Aloe

1 çay qaşığı aloe gelini birbaşa olaraq uçuğun üstünə sürtün.
 
Ekinezya

Ekinezya bitkisi immunitet sistemini gücləndirəcək və uçuq çıxmasına qarşı bədəninizi möhkəmləndirəcək.
 
Nanə yağı

Uçuğu su ilə təmizləyin. Sonra pambığı əvvəl suya sonra da nanə yağına batırıb uçuğa sürtün. Gündə 2 dəfə tətbiq etməyiniz kifayətdir.
 
Vanil

Vanil tozu uçuğa səbəb olan virusun çoxalmasının qarşısını alır. Pambıqlı çubuğun ucuna sürtdüyünüz vanili birbaşa olaraq uçuğa sürtün və 1-2 dəqiqə gözləyin. Bunu gündə 4 dəfə tətbiq edə bilərsiniz.

Milli.Az