Qurşağa qədər soyunub sevgilisini qucaqladı: "Bizi indi çəkin" - FOTO
10 May 2011 18:30
Milli.Az xəbər portalı "Mail Online"a istinadən bildirir ki, Böyük Britaniyanın ən populyar teleşoularından biri "The Only Way Is Essex"in ulduzu Emi Çaylds yenə qalmaqal yaradıb. O, qurşağa qədər soyunaraq sevgilisi Co Harlokla birlikdə fotosessiyaya çəkilib.
"New!" jurnalı üçün hazırlanmış fotosessiyada belə açıq-saçıq şəkillərin yer almasının yarada biləcəyi effektdən danışarkən Emi bildirib ki, şəkillər "Calvin Klein" modalar evinin reklam kampaniyasının tərkib hissəsidir.
"Hər halda bu şəkillərə görə, məni İTV2 telekanalından qovmazlar. Sevginin izharı günah və ya cinayət deyil. Conu özümə ideal tərəf müqabili hesab edirəm", - Emi Çaylds deyib.
Jurnalistlər isə onun davranışını yeni qalmaqal axtarışı kimi dəyərləndiriblər.
Milli.Az