Milli.Az Trend-ə istinadən bildirir ki, Nazirlər Kabinetinin 2010-cu il 8 yanvar tarixli 4 nömrəli qərarı ilə təsdiq edilmiş "Məktəbə hazırlığın təşkili Qaydaları"nın 4-cü hissəsinin mətni aşağıdakı redaksiyada verilir:
"4.1. Uşaqların məktəbə hazırlığının səmərəliliyini artırmaq üçün təlim məşğələlərində müxtəlif formalı inkişafyönlü didaktik oyunların tətbiqi prioritet hesab olunur.
4.2. Məktəbəhazırlıq qruplarında həftə ərzində 12 məşğələ təşkil edilir. O cümlədən:
|
Məşğələlər |
Kütləvi qruplarda |
Azsaylı xalqların uşaqlarından ibarət qruplarda |
|
Ətraf aləmlə tanışlıq |
1 | 1 |
| Savad təliminə hazırlıq və nitq inkişafı | 2 | 4 |
|
Bədii təfəkkürün inkişafı |
1 | 1 |
|
Məntiqi və riyazi təfəkkürün inkişafı |
2 | 2 |
|
Təsviri fəaliyyət |
2 | 1 |
| Musiqi | 2 | 1 |
|
Fiziki mədəniyyət |
2 | 2 |
4.3. Məktəbəhazırlıq qruplarında bir məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə 10 dəqiqə müəyyən edilir. Zehni gərginlik tələb edən məşğələlərdə, bir qayda olaraq, 3 idman dəqiqəsi keçirilir.".
Milli.Az