Qalxanabənzər vəzin müalicəsi - FOTO

13 Oktyabr 2016 14:32

Qalxanabənzər vəz boynun ön qismində yerləşən, yetkinlərdə ağırlığı 15-25 q arasında dəyişən və hər biri 3 sm uzunluğa çatan iki pay ilə bu payları bağlayan "isthmus" adlanan körpüdən ibarət kəpənək formasında orqandır. Qalxanabənzər vəz T3 və T4 hormonlarını ifraz edərək ürək və sinir sistemi ilə əlaqədar funksiyaları yerinə yetirir. Normal haldan təxminən iki dəfə artmış, yəni ağırlığı 40 q-a çatmış qalxanabənzər vəzə tibb dilində zob deyilir. Bir çox zobda bir və ya birdən çox düyünlər ola bilər. Zobun ən çox rast gəlinən səbəbi qida qəbulundakı yod çatışmazlığıdır, lakin inkişaf etmiş ölkələrdə süfrə duzuna yodun əlavə edilməsi zobun tibbi problem olmasının qarşısını almışdır.

Milli.Az bildirir ki, bütün bunlar haqqında daha ətraflı məlumat almaq və digər sağlıq mövzuları ilə ətraflı tanış olmaq istəyirsinizsə, Rəna Bayramqızının təqdimatında Lider TV-də yayımlanan "Sağlam nəsil" verilişini izləməyi unutmayın.

"Sağlam nəsil" şənbə günü saat 18:00-da Lider TV-də! Təkrarı bazar günü saat 15:00-da.

Kanalların lideri olan Lider kanalını peyk vasitəsilə aşağıdakı parametrlərdən istifadə etməklə izləyə bilərsiniz.

Azerspace 1 46° E. Tezlik-11135, Polyarizasiya-H, Axın sürəti-27500, FEC 5/6

https://www.youtube.com/c/saglamnesil

İnformasiya dəstəyi - Trend, Day.Az, Milli.Az

Milli.Az