"Orta məktəbdə riyaziyyatdan dərs deyirəm, fotolarımı sosial şəbəkələrdə paylaşmağı da çox sevirəm. Belə məşhurlaşacağımı ağlıma da gətirməzdim".
Belarusun paytaxtı Minsk şəhərində yaşayan riyaziyyat müəllimi Oksana Nevesyolaya belə deyir.
Milli.Az The Sun-a istinadən bildirir ki, Oksana İnstagram-da paylaşdığı videolar və fotolar sayəsində həddən ziyadə məşhurlaşıb. Onu "dünyanın ən gözəl riyaziyyat müəllimi" adlandırırlar.
Oksana subaydır, ailə qurmayıb. Lakin onun gizli, kimliyini bildirmək istəməyən pərəstişkarı var. Həmin şəxs hər gün Oksanaya qızılgüllərdən böyük dəstə yollayır.
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin: