7-ci Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi keçiriləcək

12 Oktyabr 2016 15:55

7-ci Azərbaycan Beynəlxalq Ətraf Mühit "Caspian Ecology" sərgisi 16-18 noyabr tarixində Bakı Ekspo Mərkəzində keçiriləcək. Sərgi ekologiya və ətraf mühitin mühafizəsi sahəsində həm Xəzər, həm də Qafqaz regionlarında həyata keçirilən mühüm tədbirdir. "Caspian Ecology" sərgisi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, eləcə də IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyi tərəfindən dəstəklənir. Sərginin təşkilatçısı qismində isə "Caspian Event Organisers" (CEO) şirkəti çıxış edir.

Milli.Az bildirir ki, bu il sərgidə dünyanın 10 ölkəsindən 60-dan artıq şirkət iştirak edir. Onların arasında Azərbaycan, Almaniya, Çexiya, Danimarka Ingiltərə və digər ölkələr var. Ilk olaraq "Caspian Ecology" sərgisində Arkon Flow Systems (Çexiya), BLUCAST JSC (Litva), DIKKAN (Türkiyə) şirkətləri iştirak edəcəklər. Sərgidə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi iştirak edir. Yerli iştirakçılar arasında: Azertexnolayn LLC, Aspipe, BP, EKOL Engineering Services CJSC, Polymart LLC, SOCAR, SOCAR Polymer, SOCAR - CNG, "Təmiz Şəhər" ASC və s.

Ümumilikdə, "Caspian Ecology" təbii resurslardan səmərəli istifadəsi sahəsində ən son məhsullar, sülb (bərk) tullantıların toplanması və utilizasiyası sistemləri, eləcə də alternativ energetika üzrə müasir avadanlıq nümunələri və digər məhsulları nümayiş edəcək. Sərginin debütantları tullantıların utilizasiyası və emalı üçün avadanlıqlar, sutəmizləmə sistemləri və bir sıra digər məhsulları təqdim edəcəklər.

Beləliklə, Beynəlxalq "Caspian Ecology" sərgisi işgüzar əlaqələrin genişləndirilməsi, təcrübə mübadiləsi, habelə sənayedəki yeni avadanlıq və təmayüllərlə tanışlığa imkan yaratmaqla yanaşı, ətraf mühitin yaxşılaşdırılması istiqamətində görülən işlərə də əlavə təkan verəcək.

Milli.Az