Polşanın Baş naziri Bakıda səfərdədir

9 Mart 2010 21:58
Hər iki ölkənin dövlət bayraqlarının asıldığı Heydər Əliyev adına Beynəlxalq hava limanında hörmətli qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Polşalı həmkarını Baş nazir Artur Rasizadə və digər rəsmi şəxslər qarşılayıblar. Milli geyimli uşaqlar Polşanın Baş nazirinə gül-çiçək dəstəsi təqdim ediblər.

Polşanın və Azərbaycanın dövlət himnləri səslənib.

Qarşılanma mərasimindən sonra hava limanının ali qonaqlar üçün salonunda Donald Tusk və Artur Rasizadə arasında qısa protokol söhbəti olub.

/AzərTAc/