Aygün Brillianta söz atdı: "Məni tədbirlərinizə çağırmayın"

10 Oktyabr 2016 13:18

Xalq artisti Aygün Kazımova illərdir küsülü olduğu həmkarı Brilliant Dadaşovaya söz atıb. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, müğənni B.Dadaşovanın bir müddət əvvəl dediyi "Konsert zamanı zalı doldura bilmədiyi üçün məcburən jurnalistləri götürüb, mənim doldurduğum zala gəlmişdi" sözlərinə münasibət bildirib. 

Onun, əslində, konsert vermədiyi, həmin gecəyə qonaq kimi dəvət edildiyi bəlli olub. 

Aparıcı Ranar Musayev "Mənim evimdə arxiv var. Videolara baxdıq ki, Aygün xanım orada konsert vermirmiş, ora qonaq kimi gəlib, diqqət cəlb edib" söyləyib.

A.Kazımova B.Dadaşovanın ünvanına bunları deyib:

"Mənim alın yazım belədir, harada oluramsa, ikinci insan mənim "fonumda" qalır. Məni harasa dəvət etmək istəyirsinizsə, bunu yaxşı düşünün. Özünüzü kölgədə görmək istəmirsinizsə, məni tədbirlərinizə çağırmayın".

Milli.Az