Beyaz Bakıya gələsi olmadı - FOTO

5 Oktyabr 2016 12:20

Oktyabrın 7-də Bakıda keçirilməsi planlaşdırılan "Beyaz live" şousu təxirə salınıb. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, Heydər Əliyev Sarayının mətbuat xidməti açıqlamasında xəbəri təsdiqləyib. 

Qeyd edək ki, təşkilatçılığını Nahid Emiloğlunun etdiyi konsertdə Beyazit Öztürklə yanaşı Hakan Altuğ, Ayla Çelik, İrem Derici və əməkdar artist Röya Ayxan çıxış edəcəkdilər.

Beyaz Avropa turnesi çərçivəsində Bakıya gəlirdi.

Milli.Az