Qaynaqçı Mahmudun maşını 120 km sürətlə hərəkət edə bilir.
Qax rayon Qum kəndində yaşayan Mahmud Hacıyev motosiklet və maşının detallarından istifadə edərək özü üçün yeni texnika vasitəsi düzəldib.
ARB Şəki xəbər verir ki, 8 ildir qaynaqçı işi ilə məşğul olan Mahmud ustanın dediyinə görə, bu nəqliyyat vasitəsini düzəltmək ona 7 aya başa gəlib. Əsasən, "Jiquli" və motosiklet detallarından ibarət olan bu texnika 1.3 motor gücünə sahibdir və saatda 120 km sürətlə hərəkət edə bilir.
Ustanın dediyinə görə, texnikanın vasitəsilə dağ kəndlərində kənd təsərrüfatı işlərini görmək onun üçün xeyli asanlaşıb.
Mahmud usta bu nəqliyyat vasitəsinin adını YOMO - yəni yolsuzluq motosikleti qoyub. Texnikanın ərsəyə gəlməsi üçün o, 1900 manat dəyərində pul xərcləyib. Mahmud usta bu nəqliyyat vasitəsini sənədləşdirmək mümkün olmadığı üçün ondan istifadə etməkdə də çətinlik çəkir.
Bu texnika Mahmud ustanın düzəltdiyi üçüncü texnikadır. Amma bu onlardan ən yaxşısıdır.
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin: