JP Morgan: «Dünya iqtisadiyyatının artım templəri azalıb»

7 May 2011 15:49
Milli.Az xəbər portalı APA-ya istinadən bildirir ki, bu barədə ABŞ-ın JP Morgan bankı məlumat verib.

Bank bu barədə xüsusi hesabat yayıb.

"Apreldə hazırkı canlanmanın başlanmasından, yəni 2009-cu ilin avqustundan sonra iqtisadiyyatın ən aşağı artım tempi qeydə alınıb. Bu son 21 ay ərzində ən aşağı göstəricidir", deyə analitik sənəddə bildirilir.

Bankın ekspertlərinin fikrincə, bu hadisə ABŞ və Yaponiyanın iqtisadiyyatında işgüzar fəallığın aşağı düşməsinin nəticəsidir.

Milli.Az