"Google" poçtu olanlara şad xəbər

6 May 2011 20:06
Milli.Az xəbər portalı CNET-ə istinadən bildirir ki, dünyanın ən populyar poçt servisi sayılan "Google Mail" hər bir istifadəçinin ünvan kitabçasındakı kontakt limitini 10 min addan 25 min ada qədər artırıb.

"Gmail"in rəsmi bloqunda bildirilir ki, bu addım istifadəçilərin xahişi ilə atılıb: "Halbuki əminik ki, 10 min kontakt da yetərincə idi".

Bundan başqa, hər kontakta ayrılan yaddaşın həcmi 128 kilobayta qədər artırılıb. Əvvəllər bu həcm 32 kilobayta bərabərdi.

"Google Mail"in tərkibində "Google Buzz" sosial servis, "Google Docs" mətn redaktoru və "Google Talk" çatı var. Hazırda "Gmail"in aylıq auditoriyası 193 milyon istifadəçidən artıqdır.

Milli.Az