Milli.Az badımcan salatının hazırlanma qaydasını təqdim edir
Günün təamı - gürcü xəngəli - FOTOSESSİYA
Tərkibi:
4 badımcan
4 yumurta
1,5 soğan
200 q xama
bitki yağı
4 x.q. sirkə
xardal
duz
şəkər tozu
Badımcanları 3-4 mm qalınlıqda saman kimi doğrayın. Duzlayıb qarışdırın, acısı çıxması üçün saxlayın.
Soğanı təmizləyin, yarımhalqa doğrayıb üzərinə qaynar su tökün. 2 dəqiqə sonra süzün. 1 x.q. şəkər tozu, 0.5 ç.q. duz səpin, 4 x.q. sirkə və yenə qaynar su tökün. Ağzına qapaq qoyub bir kənarda saxlayın.
Yumurtaları suda bərk bişirib təmizləyin, iki bölüb 2 mm qalınlıqda fal-fal doğrayın.
Badımcanı aşsüzənə töküb axar suda yuyun. Sıxıb iti odda bitki yağında qovurun. Yaxşı olar ki, badımcanın əzilməməsi üçün iri tava götürəsiniz. Yaxud da onu hissə-hissə qızartmaq olar.
Badımcan soyuyandan sonra yumurta və marinadı sıxılmış soğanla qarışdırın. Dadına baxıb duz vurun. Xamanı xardalla qarışdırıb salata qatın (mayonez də istifadə edə bilərsiniz).
Nuş olsun!
Digər maraqlı reseptlər üçün Facebook səhifəmizə üzv olun.
Milli.Az