"Cesur ve güzel"də yeni aktyorlar - FOTO

1 Oktyabr 2016 08:29

"Star TV"nin yeni mövsümdə səbirsizliklə gözlənilən serialı "Cesur ve güzel"lə bağlı yeni xəbərlər yayılıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, Ece Yörençin ssenarisini yazdığı, Ali Bilginin rejissorluğunu etdiyi ekran işinə iki məşhur sima da daxil edilib. Kıvanç Tatlıtuğun və Tuba Büyüküstünün baş rolda oynayacağı seriala Gözde Türkpençe və müğənni İzzet Yıldızhanın oğlu Fırat Altunmeşe də daxil olub.

Serialın aktyor heyəti arasında Nihan Büyükağaç və Devrim Yakut da yer alır.

Milli.Az