Namaz qılmaq həddi-büluğ çağına çatmış və ağlı başında olan hər bir müsəlman kişi və qadına vacibdir. İnsan yetkinlik yaşına çatdığı gündən vacib ibadətlərini yerinə yetirməli, o cümlədən, namaz qılmalıdır. Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: "Üç insandan qələm qaldırılmışdır (günahları yazılmır): Dəli ağıllanana qədər, yatan oyanana qədər və uşaq həddi büluğa çatana qədər". (Əbu Dəvud: 12/ 78/ 4380).
Milli.Az zikr.az-a istinadən bildirir ki, həddi-büluğ dövrü oğlan uşaqlarının möhtəlim olduqları (pollusiya), qız uşaqlarının isə heyz (aybaşı) olmağa başladıqları vaxtdır. Həmçinin, Allahın Rəsulu (sallallahu aleyhi və səlləm) demişdir: "Yeddi yaşına çatdıqda uşaqlarınıza namazı öyrədin və on yaşına çatıb namaz qılmadıqda onları yüngülcə vurun və yataqlarını ayırın". (Əbu Davud, 495)
Milli.Az